SOCAR Özbəkistanda geoloji kəşfiyyatda növbəti mərhələyə keçdi
SOCAR Özbəkistanda həyata keçirdiyi "Üstyurt" geoloji kəşfiyyat layihəsi çərçivəsində sahə üzrə seysmik tədqiqat işlərini başa çatdırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə layihə ilə bağlı rəsmi məlumat yayılıb.
Bildirilib ki, operator qismində çıxış edən SOCAR hazırda toplanmış seysmik məlumatların emalını həyata keçirəcək podratçının seçilməsi prosesinə başlayıb.
Məlumata görə, əldə olunan məlumatların tam emalının 2027-ci ilin birinci rübündə başa çatdırılması planlaşdırılır.
09:33 21.07.2026
Oxunuş sayı: 61