“Güclü Ermənistan”a zərbə: daha 4 namizəd parlament yolundan döndü
Ermənistanın müxalif “Güclü Ermənistan” partiyasından daha 4 deputat namizədi mandatdan imtina edib.
Crossmedia.az xəbər verir ki, “Joxovurd” nəşrinin məlumatına görə, mandatdan imtina edənlər arasında Gümrü meri Avedis Arakelyanın kürəkəni, hüquqşünas Qohar Meloyan, Ərazi İdarəetmə Nazirliyinin keçmiş müavini Liliya Şuşanyan və ictimai fəal Artur Danielyan da var.
Qeyd olunur ki, deputat mandatlarının təqdimetmə mərasimi iyulun 21-də Ermənistan Mərkəzi Seçki Komissiyasında keçiriləcək.
Yeni parlament tərkibində hakim “Vətəndaş Müqaviləsi” partiyası 64, “Güclü Ermənistan” 29, “Ermənistan” bloku isə 12 mandat əldə edib.
00:09 21.07.2026
Oxunuş sayı: 67