İlham Əliyev - Azərbaycanı uğurdan-uğura aparan dünya lideri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin müasir tarixində mühüm dönüş nöqtəsi yaratmış, tarix yazan liderdir. O, 2003-cü ildə Prezident seçildikdən sonra Azərbaycanın iqtisadi, siyasi və sosial sahələrində dərin islahatlar həyata keçirmiş, ölkəmizi beynəlxalq arenada güclü dövlətə çevirmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı 2020-ci ildə Qarabağ torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa etmişdir. Vətən müharibəsində əldə olunan Zəfər, yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə deyil, həm də xalqımızın milli birliyini gücləndirməsi ilə yadda qalmışdır. Qarabağda "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilən bərpa işləri Prezidentin gələcəyə yönəlik strateji fəaliyyətinin göstəricisidir.
Prezident İlham Əliyev neft və qaz sektorunda mühüm irəliləyişlərə nail olmuş, Azərbaycanın dünyada enerji bazarında mövqeyini gücləndirmişdir. TANAP və TAP layihələri Azərbaycanın enerji ixracını Avropa bazarlarına çatdırmışdır. Ölkə daxilində qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilmiş, sənaye parkları və kənd təsərrüfatı sahəsində irəliləyişlər təmin edilmişdir.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirmiş, ölkəmizi multikultural dəyərləri qoruyan güclü dövlət kimi tanıtmışdır. Bakı Prosesi və Dünya Mədəniyyətlərarası Dialoq Forumu kimi təşəbbüslər Azərbaycanı beynəlxalq əməkdaşlıq platformasında mühüm faktor olaraq ön plana çıxarmışdır.
Azərbaycanın Türk Dövlətləri Təşkilatında, Qoşulmama Hərəkatında liderliyi, COP29 kimi mühüm BMT tədbirini yüksək səviyyədə keçirməsi İlham Əliyev təntənəsinin, liderlik məharətinin göstəricisidir.
Bu uğurların arxasında Prezident İlham Əliyevin qətiyyətli liderliyi, xalqına bağlılığı və Ümummilli lider Heydər Əliyev siyasi məktəbinə sadiqliyi dayanır. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm regionda, həm də beynəlxalq arenada sabitlik və tərəqqi modeli olaraq nümunə göstərilir.
Cross Media Təhlil Mərkəzi və Crossmedia.az saytı olaraq, cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edirik. Cənab Prezident biz inanırıq ki, Sizin liderliyinizlə Azərbaycanın gələcəyi daha da parlaq olacaqdır. Sizə möhkəm cansağlığı, uzun ömür və məsul, ağır, çətin, şərəfli işlərinizdə yeni-yeni uğurlar arzulayırıq!
Hörmətlə,
Cross Media Təhlil Mərkəzi və Crossmedia.az saytı
06:24 24.12.2024
Oxunuş sayı: 7845