"Neftçi" Sloveniyadakı sonuncu yoxlama oyununa bu gün çıxacaq
Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" sözügedən ölkədə bu gün sonuncu yoxlama oyununu keçirəcək.
Crossmedia.az-ın məlumatına görə, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv Xorvatiyanın "Osiyek" komandası ilə münasibətlərə aydınlıq gətirəcək.
Matç Bakı vaxtı ilə saat 19:30-da Lendava stadionunda start götürəcək.
Xatırladaq ki, "ağ-qaralar" daha əvvəl Serbiya təmsilçisi "Partizan"a 0:1, Rumıniyanın "ÇFR Kluj" komandasına 1:2 hesabı ilə uduzub. Bakı təmsilçisi Serbiyanın "Radniçi NİŞ" kollektivini 3 cavabsız qolla üstələyib.
09:09 13.07.2026
Oxunuş sayı: 45