"Neftçi" Serbiya komandasını böyük hesabla məğlub etdi
"Neftçi” Sloveniyada növbəti matçını keçirib.
Crossmedia.az xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın "Radniçi Niş" komandası ilə qarşılaşıb.
Oyun "Neftçi"nin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3-0. "Neftçi"nin heyətində Breno Almeyda (2, 26) dubl edib. Digər qolu isə Ağadadaş Salyanski (82) vurub.
Qeyd edək ki, "Neftçi" daha öncə "Partizan"a (Serbiya) 0-1, ÇFR-ə (Rumıniya) isə 1-2 hesabı ilə uduzub.
21:51 10.07.2026
Oxunuş sayı: 58