Qurban Qurbanov: Sanki Çempionlar Liqasının oyununda idik
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Vestri" üzərində 3:0 hesablı qələbədən sonra azarkeşlərə təşəkkür edib və stadiondakı atmosferi yüksək qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, o, bunu oyundan sonrakı mətbuat konfransında deyib.
Qurban Qurbanov bildirib ki, tribunadakı dəstək komandaya əlavə motivasiya verib.
"Sanki Çempionlar Liqasının oyununda idik. Azarkeşlərimizə bu möhtəşəm dəstəyə görə təşəkkür edirəm."
Baş məşqçi ilk oyunda qazanılan üstünlüyə baxmayaraq, cavab qarşılaşmasına tam ciddi yanaşacaqlarını vurğulayıb.
Onun sözlərinə görə, komanda növbəti matça daha yaxşı hazırlaşmalı və rəqibi qiymətləndirməmək kimi səhvə yol verməməlidir.
10:41 10.07.2026
Oxunuş sayı: 88