Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi işıqsız qalıb
Zaporojye və Xerson vilayətlərində enerji infrastrukturuna endirilən zərbə nəticəsində ərazilərin böyük hissəsi elektrik enerjisiz qalıb.
Crossmedi.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yevgeni Balitski məlumat verib.
Onun sözlərinə görə, zədələnmiş enerji obyektlərinin üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus dronların aktivliyi davam edir. Balitski bildirib ki, bərpa işləri vəziyyətin təhlükəsizlik imkanlarından asılı olaraq həyata keçiriləcək.
23:07 09.07.2026
Oxunuş sayı: 60