İsrail İrana qarşı yeni hərbi əməliyyatın siqnalını verdi
İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, ölkəsi İrana qarşı hərbi əməliyyatları yenidən başlatmağa hazırdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kats qeyd edib ki, İsrail İranla bağlı təhlükələrə qarşı bütün zəruri addımları atmağa hazır vəziyyətdədir.
Nazirin açıqlaması regionda gərginliyin yenidən artması fonunda verilib.
21:37 09.07.2026
Oxunuş sayı: 56