İsrail ordusu HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu HƏMAS-ın Xan-Yunisdəki Qərb bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ordunun məlumatına görə, əməliyyat nəticəsində HƏMAS-ın Xan-Yunisdəki bölmələrindən birinə rəhbərlik edən komandir zərərsizləşdirilib.
Hadisənin detalları və əməliyyatın hansı şəraitdə həyata keçirildiyi barədə əlavə məlumat verilməyib.
20:46 09.07.2026
Oxunuş sayı: 61