Estoniya 22 ildən sonra mühüm hərbi qərar qəbul etdi
Estoniya Hərbi Hava Qüvvələri 22 ildən sonra ilk dəfə müddətli hərbi xidmətə çağırışı yenidən bərpa edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qərara əsasən, çağırışçılar Hərbi Hava Qüvvələrinin müxtəlif bölmələrində xidmət keçəcək və ölkənin hava müdafiəsi imkanlarının gücləndirilməsinə cəlb olunacaqlar. Bu addım Estoniyanın müdafiə qabiliyyətinin artırılması istiqamətində atılan tədbirlərin tərkib hissəsi kimi qiymətləndirilir.
19:24 09.07.2026
Oxunuş sayı: 49