Ukraynalı gənc ana dilində danışdığı üçün vəhşicəsinə döyüldü
Polşanın Vrotslav şəhərində 10–15 nəfərlik dəstə 19 yaşlı Ukrayna vətəndaşı Volodimiri ana dilində danışdığına görə amansızcasına döyüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə 2026-cı il iyulun 4-də baş versə də, bu barədə məlumat yalnız indi ictimaiyyətə açıqlanıb. Baş verən insident ölkədə geniş rezonans doğurub. Hüquq müdafiəçiləri və ictimaiyyət nümayəndələri bildirirlər ki, ksenofobiya zəminində baş verən bu cür hücumlar Polşada getdikcə sistemli xarakter almağa başlayır.
18:58 09.07.2026
Oxunuş sayı: 66