İngiltərədə ən çox qoyulan oğlan adı bəlli oldu
Məhəmməd adı İngiltərə və Uelsdə üçüncü ildir ki, ən populyar oğlan adı seçilib
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İngiltərə və Uelsdə yeni doğulan oğlan uşaqları üçün Məhəmməd adı ardıcıl üçüncü ildir ki, ən populyar ad olub.
Söhbət məhz “Məhəmməd” yazılışından gedir. Ən çox seçilən ilk 50 ad siyahısına bu adın digər yazılış variantları – Məhəmməd (Mohammed) və Məhəmməd (Mohammad) də daxil edilib.
Ən populyar ilk beş oğlan adı sırasında Nuh (Noah), Leo, Luka və Artur da yer alıb.
18:45 09.07.2026
Oxunuş sayı: 65