ABŞ-də Palm-Biç hava limanına Donald Trampın adı verilib
ABŞ-nin Florida ştatında yerləşən Palm-Biç hava limanı prezident Donald Trampın adını daşımağa başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, iyulun 9-dan etibarən hava limanının yeni adı "Prezident Donald C. Tramp adına Beynəlxalq Hava Limanı" olub.
Bununla belə, sərnişinlər hələlik biletlərdə və uçuş məlumatlarında hava limanının əvvəlki "PBI" kodunu görəcəklər. Yeni "DJT" kodunun isə avqustun 18-dən etibarən qüvvəyə minəcəyi bildirilib.
18:18 09.07.2026
Oxunuş sayı: 66