Yunanıstanda "F-16" qırıcısı məcburi eniş edib
Yunanıstanda "F-16" qırıcısı texniki nasazlıq səbəbindən təcili eniş həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Kathimerini" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə Yunanıstanın qərb sahilləri yaxınlığında yerləşən Zakinf adasında baş verib. Pilot təyyarəni adadakı hava limanına uğurla endirməyə nail olub.
Bildirilib ki, qırıcıda yanğın baş verib və pilot təhlükəsizlik məqsədilə təcili eniş qərarı verib.
Təyyarənin Yunanıstanın qərbində yerləşən "Araksos" hərbi bazasından havaya qalxdığı qeyd olunur. Uçuş zamanı "F-16"nın şassi sisteminin açılması ilə bağlı ciddi texniki problem yaranıb.
18:07 09.07.2026
Oxunuş sayı: 55