Polşa MN: Ukraynada "Patriot" raketlərinin istehsalı yaxın həftələrdə başlaya bilər
Ukraynada "Patriot" zenit-raket kompleksləri üçün raketlərin istehsalına yaxın həftələrdə başlanılması mümkündür.
Crossmedia.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bəyan edib.
Nazirin sözlərinə görə, istehsalın başlanması Polşanın iştirakı ilə mümkün olacaq. O bildirib ki, Polşa "Patriot" raketlərinin texnologiyalarının ötürülməsi və texniki xidmət göstərilməsi üzrə NATO-nun dörd mərkəzindən biri statusunu əldə edib.
Vladislav Kosinyak-Kamış qeyd edib ki, bu status Ukraynada istehsalın təşkilinə dəstək göstərilməsi üçün mühüm imkan yaradır.
17:22 09.07.2026
Oxunuş sayı: 52