İranlı deputat: ABŞ və İsraili məğlub etdik
İran ABŞ və İsraili məğlub edib.
Crossmedia.az xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Borucerdi bu barədə TASS agentliyinə müsahibəsində danışıb.
Borucerdinin sözlərinə görə, İran da Rusiya kimi uzun illərdir Qərbin təxribatları ilə üzləşir.
"Amerikalılar dünyada məqsədlərinin hər bir müstəqil ölkənin işinə qarışmaq və ona müharibə sırımaq olduğunu göstərirlər. Onlar eyni ssenarini İranda həyata keçirməyə çalışdılar. Lakin İran xalqı və silahlı qüvvələrimiz ABŞ-ni məğlub etdi", – deyə deputat bildirib.
O, həmçinin iddia edib ki, münaqişəyə NATO-nun cəlb olunmasına baxmayaraq, İran öz məqsədlərinə nail ola bilib.
17:34 09.07.2026
Oxunuş sayı: 57