İspaniyadan Trampa sərt cavab: Biz nökər deyilik
İspaniyanın sosial hüquqlar, istehlak və 2030 Gündəliyi üzrə naziri Pablo Bustinduy ABŞ Prezidenti Donald Trampın bəyanatlarına sərt reaksiya verərək ölkəsinin suveren dövlət olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.
Nazirin sözlərinə görə, ispanların əksəriyyəti ölkələrinin öz səsinə malik olmasını və milli prioritetlərini müstəqil şəkildə müəyyən etməsini istəyir.
"Biz bunu etməyə davam edəcəyik. Biz nökər deyilik, suveren dövlətik", – deyə Pablo Bustinduy vurğulayıb.
Qeyd edək ki, Donald Tramp iyulun 9-da İspaniya ilə ticarətin dayandırılması qərarından sonra Madridin "mövqeyini dəyişdiyini" və ABŞ-yə "böyük məbləğdə vəsait ödəməyə razılaşdığını" iddia etmişdi. Lakin o, söhbətin hansı ödənişdən getdiyini açıqlamamışdı.
17:11 09.07.2026
Oxunuş sayı: 71