Beynəlxalq Voleybol Federasiyası Rusiyaya tətbiq olunan məhdudiyyətləri ləğv etdi
Beynəlxalq Voleybol Federasiyasının İdarə Heyəti Rusiyaya qarşı tətbiq edilmiş bütün əvvəlki məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qərar Beynəlxalq Olimpiya Komitəsinin Rusiya Olimpiya Komitəsinə tətbiq edilən dayandırma qərarını müvəqqəti ləğv etməsi və rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə etməsindən sonra qəbul olunub.
Federasiya bildirib ki, bundan sonra rusiyalı idmançılar və texniki heyət üzvləri bütün kateqoriyalar üzrə federasiyanın, dünya və rəsmi yarışlarında iştirak edə biləcəklər.
23:25 08.07.2026
Oxunuş sayı: 60