Tramp qara siyahısında bir neçə ölkə olduğunu bildirib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxaracaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bu qərarın ABŞ-nin Suriya ilə bağlı siyasətində yeni mərhələ olduğunu qeyd edib.
Qeyd edək ki, ABŞ-nin terrorizmi dəstəkləyən dövlətlər siyahısında hazırda bir neçə ölkə yer alır və bu siyahıya daxil edilən dövlətlərə qarşı xüsusi iqtisadi və siyasi məhdudiyyətlər tətbiq olunur.
22:15 08.07.2026
Oxunuş sayı: 61