Rusiya dizeli xaricə göndərməyi dayandırır
Rusiya hökuməti dizel yanacağının ixracına tətbiq edilən müvəqqəti qadağanın istehsalçılara da aid olduğunu açıqlayıb.
Crossmedia.az bu barədə ˝TASS˝ agentliyinə istinadən xəbər verir.
Qərara əsasən, məhdudiyyətlər dövlətlərarası sazişlər çərçivəsində həyata keçirilən tədarüklərə şamil edilməyəcək.
Bildirilib ki, ixrac qadağası daxili yanacaq bazarında sabitliyin qorunması məqsədi daşıyır.
19:50 08.07.2026
Oxunuş sayı: 56