Hücumdan sonra Küveytdə yüksək döyüş hazırlığı elan edildi
Küveyt Müdafiə Nazirliyi ölkənin hava məkanına daxil olan 2 ballistik raketin və 13 pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Nazirliyin məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Hava məkanını pozan hədəflər Silahlı Qüvvələr tərəfindən uğurla məhv edilib.
Bildirilib ki, insident nəticəsində hər hansı maddi ziyan və ya insan itkisi qeydə alınmayıb.
Küveyt Silahlı Qüvvələrinin ölkənin, vətəndaşların və rezidentlərin təhlükəsizliyini təmin etmək məqsədilə yüksək döyüş hazırlığı rejimində fəaliyyətini davam etdirdiyi vurğulanıb.
18:38 08.07.2026
Oxunuş sayı: 48