Qazaxıstan yanacaq ehtiyatlarını qorumaq üçün yeni məhdudiyyət tətbiq etdi
Qazaxıstan yanacaq istehlakı balansını qorumaq məqsədilə qonşu ölkələrlə sərhəddə nəqliyyat vasitələrinin hərəkətinə yeni məhdudiyyətlər tətbiq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstanın energetika nazirinin müavini Qayırxan Tutkışbayev məlumat verib.
Yeni qaydalara əsasən, qonşu ölkələrdən yük və minik avtomobillərinin Qazaxıstana girişinə və ölkədən çıxışına sutka ərzində yalnız bir dəfə icazə veriləcək.
Qayırxan Tutkışbayev bildirib ki, bu qərarın məqsədi ölkədə yanacaq istehlakı ilə ehtiyatlar arasında tarazlığı qorumaqdır.
18:06 08.07.2026
Oxunuş sayı: 47