Rütte Putinə Ankaradan mesaj göndərdi
NATO-nun baş katibi Mark Rütte Ankarada keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək alyansın heç bir ölkəyə hücum etmək niyyətində olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Rütte bu barədə NATO sammitində çıxışı zamanı deyib.
"Bizimlə oynamayın. Biz heç vaxt heç kimə hücum etməyəcəyik. Biz yalnız həyat tərzimizi, demokratiyamızı və ərazimizi müdafiə edəcəyik", – deyə NATO-nun baş katibi vurğulayıb.
Rütte bildirib ki, NATO müdafiə xarakterli alyans olaraq fəaliyyətini davam etdirəcək və üzv ölkələrin təhlükəsizliyinin təmin olunmasına sadiq qalacaq.
17:34 08.07.2026
Oxunuş sayı: 50