Xameneinin cənazəsi Nəcəfə aparıldı
İranın ali rəhbəri Əli Xameneinin cənazəsi vida mərasimi üçün İraqın Nəcəf şəhərinə aparılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb.
Məlumata görə, sabah cənazə növbəti vida mərasiminin keçirilməsi üçün İraqın Kərbəla şəhərinə aparılacaq.
Kərbəladakı mərasim başa çatdıqdan sonra cənazə yenidən İrana qaytarılacaq.
Bildirilib ki, Əli Xamenei ilə son vida mərasimi iyulun 9-da Məşhəd şəhərində keçiriləcək. O, burada İmam Rza məqbərəsində dəfn olunacaq.
17:31 08.07.2026
Oxunuş sayı: 54