Tramp: Bu gecə İrana ağır zərbə endirəcəyik
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi zərbələrin endiriləcəyini açıqlayıb və əməliyyatların rejim dəyişikliyi deyil, nüvə proqramı ilə bağlı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Mən onlara kiçik bir xəbərdarlıq edirəm: bu gecə onlara ağır zərbə endirəcəyik və vəziyyətin necə irəliləyəcəyini görəcəyik", – deyə Tramp bildirib.
ABŞ prezidenti vurğulayıb ki, məsələ İranda hakimiyyətin dəyişdirilməsi ilə bağlı deyil.
Onun sözlərinə görə, əməliyyatların əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
17:17 08.07.2026
Oxunuş sayı: 41