NATO İrana çağırış etdi
NATO liderləri İranı Hörmüz boğazında gəmiçiliyin sərbəstliyinə mane olmamağa və nüvə silahı əldə etməməyə çağırıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Ankarada keçirilən NATO sammitinin yekun bəyannaməsində bildirilib.
Sənəddə qeyd olunur ki, müttəfiqlər İranın heç vaxt nüvə silahına sahib olmamalı olduğunu bir daha bəyan edirlər.
Bəyannamədə həmçinin Tehran Hörmüz boğazında beynəlxalq gəmiçiliyin sərbəstliyinə tam hörmət etməyə çağırılıb.
17:09 08.07.2026
Oxunuş sayı: 38