NATO bəyannaməsində Ukraynanın üzvlüyündən bəhs edilmədi
Ankarada keçirilən NATO sammitinin yekun bəyannaməsində Ukraynanın alyansa qəbul olunacağına dair hər hansı öhdəlik yer almayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə sammitin yekun bəyannaməsində bildirilib.
Sənəddə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı konkret öhdəlik və ya üzvlük perspektivinə dair ifadələrə yer verilməyib.
Yekun bəyannamədə əsas diqqət NATO-nun kollektiv müdafiəsinin gücləndirilməsi, Rusiyanın yaratdığı təhlükələr və Ukraynaya göstəriləcək uzunmüddətli dəstək məsələlərinə yönəldilib.
16:57 08.07.2026
Oxunuş sayı: 41