NATO Ukraynaya 70 milyard avro ayıracaq
NATO üzvü olan ölkələr 2026-cı ildə Ukraynaya 70 milyard avro həcmində dəstək ayırmaq öhdəliyi götürüblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ankarada keçirilən NATO sammitinin yekun bəyannaməsində bildirilib.
Bəyannaməyə əsasən, NATO ölkələri 2026-cı il ərzində Ukraynaya ümumilikdə 70 milyard avro həcmində hərbi və digər dəstəyin göstərilməsini təmin edəcəklər.
Sənəddə qeyd olunub ki, bu qərar Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi və ölkəyə uzunmüddətli dəstəyin davam etdirilməsi məqsədi daşıyır.
16:54 08.07.2026
Oxunuş sayı: 42