Gürcüstan nümayəndə heyəti ATƏT PA-nın iclasını tərk etdi
Gürcüstan nümayəndə heyəti Haaqada keçirilən ATƏT Parlament Assambleyasının iclasını ölkə ilə bağlı qətnamənin yer aldığı Haaqa Bəyannaməsinə etiraz olaraq tərk edib.
Crossmedia.az xəbər verir ki, "TASS" agentliyi bu barədə məlumat yayıb.
Gürcüstan parlamentinin deputatı və nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze bəyan edib ki, sənədin bəzi müddəaları ölkədəki siyasi vəziyyəti təhrif edir və Gürcüstanın milli maraqlarına ziddir.
O bildirib ki, etiraz əlaməti olaraq Gürcüstan nümayəndə heyəti səsvermədə iştirak etməyəcək.
ATƏT Parlament Assambleyasının qətnaməsində 2024-cü ildə Gürcüstanda keçirilmiş parlament seçkiləri ilə bağlı narahatlıq ifadə olunub. Sənəddə beynəlxalq müşahidəçilərin hesabatlarına istinad edilərək seçkilər zamanı çoxsaylı pozuntuların qeydə alındığı vurğulanıb.
Gürcüstan nümayəndə heyəti iclas zalını tərk etdikdən sonra Haaqa Bəyannaməsi səs çoxluğu ilə qəbul edilib. Bəyannamədə qeyd olunur ki, 2024-cü il parlament seçkiləri və 2025-ci il yerli özünüidarəetmə seçkiləri problemli keçib və xalqın iradəsini əks etdirməyib.
16:26 08.07.2026
Oxunuş sayı: 43