Rusiya: Yaxın vaxtlarda Ukrayna ilə yeni əsir mübadilələri keçiriləcək
Rusiya ilə Ukrayna arasında yaxın vaxtlarda yeni hərbi əsir mübadilələrinin keçirilməsi gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Yana Lantratova açıqlama verib.
Onun sözlərinə görə, yaxın günlərdə tərəflər arasında növbəti hərbi əsir mübadilələri baş tutacaq.
Lantratova mübadilələrin dəqiq tarixi, iştirak edəcək əsirlərin sayı və digər təfərrüatlar barədə əlavə məlumat verməyib.
15:12 08.07.2026
Oxunuş sayı: 42