Rusiyadan ilk: Britaniyanın "Rapid Ranger" zenit-raket kompleksini məhv etdi
Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Böyük Britaniya istehsalı olan "Rapid Ranger" zenit-raket kompleksinin Ukraynadakı döyüşlər zamanı məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirliyin gündəlik əməliyyat məlumatında bildirilib.
Məlumata əsasən, son sutka ərzində Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə ərazisi üzərində 900-dən çox pilotsuz uçuş aparatını və 8 idarəolunan aviasiya bombasını vurub.
Nazirlik məhv edildiyi iddia olunan "Rapid Ranger" kompleksi ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb. Ukrayna tərəfi isə bu məlumatı hələlik şərh etməyib.
13:52 08.07.2026
Oxunuş sayı: 41