"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Çətin oyun oldu"
"Sabah"ın UEFA Çempionlar Liqasının I mərhələsində TNS-lə (Uels) matçı çətin keçib.
Crossmedia.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS-lə oyundan (1:0) sonra mətbuat konfransında deyib.
Mütəxəssis nəticəni dəyərləndirib:
"Futbolçularımı, azarkeşləri təbrik edirəm. Çətin oyun oldu. Mümkün qədər çox hücum etməyə çalışdıq. Gözlədik və nəhayət istədiyimiz qolu vurduq. Səfərdə bizi çətin qarşılaşma gözləyir. Rəqib artıq iki qol fərqi ilə geridədir. Ev oyunlarında irəli atılmağa çalışacaqlar. Biz də boşluqlardan istifadə etməyə çalışacağıq".
Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.
22:29 07.07.2026
Oxunuş sayı: 49