“Sabah” Çempionlar Liqasında TNS-ə qalib gəlib YENİLƏNİB 4
"Sabah" UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb.
Crossmedia.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edib.
Masazırdakı "Bank Respublika Arena"dakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
66-cı dəqiqədə Velko Simiç, 84-cü dəqiqədə Kahim Parris fərqlənib.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə keçiriləcək.
21:40
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyunda hesab açılıb.
Crossmedia.az xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüşün 66-cı dəqiqəsində Masazır təmsilçisinin heyətində Velko Simiç fərqlənib - 1:0.
Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.
21:28
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyunda ikinci hissə başlayıb.
Crossmedia.az xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüşün ilk yarısından sonra hesab açılmayıb - 0:0.
Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.
20:53
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS (Uels) oyununda ilk hissə başa çatıb.
Crossmedia.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Qarşılaşma "Bank Respublika Arena"da keçirilir.
20:02
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah" - TNS (Uels) matçı start götürüb.
Crossmedia.az xəbər verir ki, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
Görüşü polşalı referi Patrik Qriskieviç idarə edir.
21:57 07.07.2026
Oxunuş sayı: 99