Dəməşq terroru ətrafında yeni versiya: Makronun adı da çəkildi
Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbələr Dəməşqdə baş vermiş terror aktının Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən təşkil edilmiş ola biləcəyini iddia ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝TASS˝ agentliyi məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun partlayış barədə məhz idarə nümayəndələri tərəfindən əvvəlcədən xəbərdar edilərək həyatının xilas edilməsi planlaşdırılırdı.
Lakin iddiaya əsasən, Fransa tərəfi hazırlanan terror aktı barədə məlumatı əvvəlcədən müstəqil şəkildə əldə edib.
Qeyd edək ki, bu iddialarla bağlı Ukrayna və Fransa tərəfinin rəsmi mövqeyi açıqlanmayıb.
23:39 07.07.2026
Oxunuş sayı: 48