"Araz-Naxçıvan" Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb
Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb.
Crossmedia.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi daha 2 il "qırmızı-ağlar"ın formasını geyinəcək.
O, 2023-cü ildən komandada çıxış edir.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
17:54 07.07.2026
Oxunuş sayı: 43