Tramp Türkiyəyə 1400 nəfərlik heyətlə gəlib
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə təxminən 1400 nəfərlik nümayəndə heyəti ilə səfər edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝The Guardian˝ nəşri məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətinin tərkibində Trampın bioloji tullantılarının toplanmasına cavabdeh olan əməkdaşlar da yer alıb. Bildirilir ki, bu, ABŞ prezidentinin sağlamlıq vəziyyəti ilə bağlı məlumatların digər ölkələrin əlinə keçməsinin qarşısını almaq məqsədi daşıyan standart təhlükəsizlik tədbiridir.
19:24 07.07.2026
Oxunuş sayı: 67