Səudiyyə Ərəbistanın hədəsinə baxmayaraq İran təyyarəsi eniş etdi
İranın ˝Mahan Air˝ aviaşirkətinə məxsus təyyarə Husilərin nümayəndə heyətini Yəmənə qaytararaq Səna Beynəlxalq Hava Limanına enib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, təyyarə bir neçə dəqiqə əvvəl hava limanına eniş edib.
Bildirilib ki, üç gün əvvəl İran 11 ildən sonra ilk dəfə Yəmən üzərindəki hava məhdudiyyətini yarıb. Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələrinin uçuş-enmə zolağını bombalamaqla hədələdiyi bir vaxtda İran təyyarəsi Səna hava limanına enib.
Hadisə Yəməndə regional gərginliyin davam etdiyi bir dövrdə baş verib.
21:34 07.07.2026
Oxunuş sayı: 45