Ərdoğan: Türkiyə Ukraynada sülhün bərqərar olması üçün səylərini davam etdirir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya Prezidenti Aleksandr Stubb ilə Ankarada keçirdiyi görüşdə ölkəsinin Ukraynada sülhün bərqərar olunması istiqamətində səylərini davam etdirdiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi məlumat yayıb.
Məlumata görə, NATO Liderlər Zirvəsi ərəfəsində keçirilən görüşdə Ərdoğan bildirib ki, Türkiyə İran ətrafındakı böhranın və Ukraynadakı müharibənin dialoq yolu ilə həlli, həmçinin Qəzza zolağında davamlı atəşkəsin təmin olunması və bölgəyə humanitar yardımın fasiləsiz çatdırılması üçün fəal diplomatik səylər göstərir.
Qeyd edək ki, NATO-nun Ankarada keçirilən zirvə toplantısında alyansa üzv 32 ölkənin lideri iştirak edir.
17:53 07.07.2026
Oxunuş sayı: 46