Yanacaqdoldurma məntəqəsində polis forması geyinərək növbəni pozmaq istədi, saxlanıldı
Rusiyanın Krasnokamensk şəhərində yanacaqdoldurma məntəqəsində maraqlı hadisə baş verib.
Crossmedia.az xəbər verir ki, bir sürücü növbəsiz yanacaq doldurmaq məqsədilə polis forması geyinərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim etməyə çalışıb.
Lakin onun planı baş tutmayıb. Hadisə yerinə gələn həqiqi polis əməkdaşları kişini saxlayıblar.
Məlumata görə, sürücü barəsində polis formasını qanunsuz geyinməyə görə inzibati protokol tərtib olunub və o, cərimələnib.
17:45 07.07.2026
Oxunuş sayı: 45