David Tonoyan: Məhkəmədən böyük gözləntim yoxdur
Ermənistanın sabiq müdafiə naziri David Tonoyan ona qarşı açılmış cinayət işi üzrə məhkəmədən ciddi gözləntisinin olmadığını, lakin bəraət almaq üçün mübarizəni sona qədər davam etdirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "24News"a müsahibəsində danışan Tonoyan bildirib ki, məhkəmə araşdırması artıq başa çatıb və proses hazırda məhkəmə çıxışları mərhələsindədir.
"Hər halda məhkəmədən böyük gözləntim yoxdur. Mən sona qədər mübarizə aparacağam ki, bəraət alım. İş üzrə yeddi nəfər təqsirləndirilir və müxtəlif qərarlar qəbul oluna bilər", – deyə sabiq nazir qeyd edib.
Tonoyan bir neçə yüksək rütbəli hərbçi ilə birlikdə istifadəyə yararsız aviasiya raketlərinin satın alınması və 4,6 milyon ABŞ dollarının mənimsənilməsi ittihamı ilə mühakimə olunur.
17:52 07.07.2026
Oxunuş sayı: 41