Ermənistan müxalifəti: Parlamentə qayıtmaq küçə mübarizəsindən imtina demək deyil
Ermənistan parlamentində təmsil olunan "Ermənistan" blokunun deputatı İşxan Saqatelyan müxalifətin deputat mandatlarını qəbul etməsinin etiraz aksiyalarından və küçə mübarizəsindən imtina etməsi demək olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
"Deputat mandatlarının qəbul edilməsi mitinqlərlə heç bir şəkildə əlaqəli deyil. Mandatların götürülməsi, ən azı parlament müxalifətinin mübarizədən imtina etməsi anlamına gəlmir", – deyə Saqatelyan vurğulayıb.
Onun sözlərinə görə, küçə mübarizəsinin təşkili ilə bağlı əsas məsələ bunun nə vaxt, kimlə və hansı formada həyata keçiriləcəyidir.
17:27 07.07.2026
Oxunuş sayı: 47