Zelenski Trampla "Patriot" raketlərinin tədarükünü müzakirə edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski NATO Liderlər Zirvəsi çərçivəsində ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüşdə "Patriot" zenit-raket kompleksləri üçün raketlərin tədarükü məsələsini gündəmə gətirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Novosti.LIVE" məlumat yayıb.
Zelenskinin sözlərinə görə, hazırda Ukrayna üçün əsas prioritetlərdən biri "Patriot" sistemləri üçün raketlərin alınmasıdır.
O qeyd edib ki, Kiyev bu silahları mümkün qədər qısa müddətdə əldə etmək istəyir.
Ukrayna Prezidenti əlavə edib ki, raketlərin tədarükü ilə bağlı qərar yalnız ABŞ-dan deyil, həm də Avropa ölkələrinin mövqeyindən asılıdır.
17:13 07.07.2026
Oxunuş sayı: 57