Makron Dəməşqdə yenə tünd eynəyi ilə diqqət çəkdi
Fransa Prezidenti Emmanuel Makron yenidən tünd rəngli gün eynəyi ilə diqqət çəkib.
Crossmedia.az xəbər verir ki, Fransa lideri bu dəfə Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şəra ilə Dəməşqdə keçirdiyi danışıqlar zamanı tünd rəngli gün eynəyi taxıb.
Qeyd edək ki, Makron son günlər müxtəlif rəsmi tədbirlərdə də eyni görünüşü ilə medianın diqqət mərkəzində olub.
Dəməşqdə keçirilən görüş zamanı Fransa və Suriya sabiq prezident Bəşər Əsədin əmisi Rifat əl-Əsəddən müsadirə edilmiş 51 milyon avronun (təxminən 58,3 milyon ABŞ dolları) Suriyaya qaytarılması prosesinə start verib.
Bundan əlavə, Fransa Suriyanın Mərkəzi Bankına texniki dəstək göstərəcəyini də açıqlayıb.
16:36 07.07.2026
Oxunuş sayı: 51