Günəşdə ilin ən güclü aktivlik dalğalarından biri başa çatıb
Günəşdə 2026-cı ilin əvvəlindən bəri müşahidə olunan ən güclü aktivlik dalğalarından biri başa çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) və Günəş-Yer Fizikası İnstitutunun laboratoriyası məlumat yayıb.
Mütəxəssislərin bildirdiyinə görə, iyulun 5-də Günəşdə son iki ilin rekordunu yeniləyən 26 alışma (flare) qeydə alınıb. Alimlər hesab edirlər ki, hazırda aktiv günəş ləkələri Günəş diskinin arxa tərəfinə keçdiyi üçün Yer üçün təhlükə xeyli azalıb və rentgen şüalanmasının səviyyəsi yaxın günlərdə enəcək.
Laboratoriyanın məlumatına əsasən, yeni aktivlik ocaqları formalaşmasa, həftənin ortalarına doğru Günəş yenidən nisbətən sakit fazaya keçəcək.
15:54 07.07.2026
Oxunuş sayı: 59