Şimali Koreya yeni esminesdən 12 qanadlı raket buraxıb
Şimali Koreya yeni "Kanq Kon" esminesindən 12 uzaqmənzilli qanadlı raketin ardıcıl buraxılışını həyata keçirib.
Crossmedia.az xəbər verir ki, buraxılan raketlərin nüvə döyüş başlığı daşımaq qabiliyyətinə malik olduğu bildirilir.
Məlumata görə, raketlər "Çxve Hyon" sinfinə aid yeni "Kanq Kon" esminesindən buraxılıb.
Buraxılışın məqsədi və raketlərin uçuş nəticələri barədə hələlik əlavə rəsmi məlumat açıqlanmayıb.
12:56 06.07.2026
Oxunuş sayı: 47