Politico: NATO ölkələri Rusiya ilə mümkün müharibəyə hazırlaşır
NATO-ya üzv Avropa ölkələri Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlıq çərçivəsində müdafiə imkanlarını genişləndirirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Məlumata görə, alyans ölkələri silahlı qüvvələrin döyüş hazırlığının artırılması, müdafiə sənayesinin gücləndirilməsi və hərbi infrastrukturun inkişafı istiqamətində addımlar atırlar.
Nəşr qeyd edir ki, bu tədbirlər Avropada təhlükəsizlik risklərinin artması və Rusiya ilə münasibətlərdə davam edən gərginlik fonunda həyata keçirilir.
12:43 06.07.2026
Oxunuş sayı: 57