Gürcüstan Anakliya limanı üçün Azərbaycanın investisiyasına ümid edir
Gürcüstan hökuməti Anakliya dərin dəniz limanının tikintisi layihəsini aparıcı özəl investorun iştirakı olmadan həyata keçirmək qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvirivişvili brifinqdə məlumat verib.
Onun sözlərinə görə, hökumət liman infrastrukturunun, eləcə də layihəyə xidmət edəcək avtomobil və dəmir yolu girişlərinin tikintisini maliyyələşdirəcək. Konteyner və toplu yüklər terminallarına investisiyaların isə beynəlxalq investorlar və özəl operatorlar hesabına cəlb edilməsi planlaşdırılır.
Nazir bildirib ki, Gürcüstan ilk növbədə Orta Dəhlizin inkişafında iştirak edən ölkələrdən, o cümlədən Çin, Mərkəzi Asiya dövlətləri və Azərbaycandan investisiya cəlb etməyə ümid edir.
12:27 06.07.2026
Oxunuş sayı: 67