“Azərbaycan dövlətçiliyinə dair yeni informasiya resursları” adlı virtual sərgi təqdim edilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Azərbaycan dövlətçiliyinə dair yeni informasiya resursları” adlı virtual sərginin 2026-cı il üzrə I buraxılışı hazırlanıb.
Sərgi Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümünə – 14 iyul 1969-cu il tarixinə həsr olunub.
Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsi respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olmuşdur. Məhz həmin dövrdən etibarən ölkədə həyata keçirilən məqsədyönlü islahatlar Azərbaycanın gələcək müstəqilliyinin siyasi, iqtisadi və milli-mənəvi əsaslarının formalaşmasında mühüm rol oynamış, milli dövlətçilik ideyalarının möhkəmlənməsinə xidmət edib.
Bu tarixi hadisənin əhəmiyyətini və Ulu Öndərin zəngin dövlətçilik irsini təbliğ etmək məqsədilə hazırlanmış virtual sərgidə son illərdə nəşr olunmuş kitablar nümayiş etdirilir. Sərgidə Heydər Əliyevin siyasi fəaliyyəti, dövlət quruculuğu strategiyası, milli ideologiyanın formalaşması, müasir Azərbaycanın inkişaf yolu, suverenliyin möhkəmləndirilməsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətləri əks etdirən nəşrlər yer alıb.
Bunlardan “Heydər Əliyev - həyat yolu”, “Kremli fəth etmiş böyük türk oğlu”, “Heydər Əliyevin - müdrik kəlamlarından”, “İlham Əliyev: milli ideya, suverenlik və yeni liderlik təcrübəsi”, “Tarixi Qələbə - Vətən müharibəsinin xronikası”, “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər”, “Zəfər. Tam və Qəti Qələbə”, “İnkişaf - məqsədimizdir”, “Azərbaycanın postkonflikt ərazilərində yeni iqtisadiyyat quruculuğu: elmi əsaslar, çağırışlar və tətbiqi həllər”, “Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı”, “Qarabağ müharibəsi: Geosiyasi və tarixi kontekst”, “Mərkəzi Elmi Kitabxananın 100 illik salnaməsi”, “Ümummilli Lider Heydər Əliyev irsinə dair elektron kitabxana-informasiya resursları”, “İlham Əliyev və Böyük Qayıdış” və başqa dəyərli nəşrləri qeyd etmək olar.
Aşağıdakı linkə daxil olub virtual sərgi ilə tanış ola bilərsiniz.
https://heyzine.com/flip-book/4222414364.html
10:42 06.07.2026
Oxunuş sayı: 62