Paşinyan: Ermənistanın yeni Konstitusiyaya ehtiyacı var
Ermənistan hakimiyyəti ölkədə yeni Konstitusiyanın qəbul edilməsi məsələsinin gündəmdə qaldığını bir daha bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan dövlət bayramı münasibətilə yayımladığı müraciətdə bildirib ki, Konstitusiya yalnız hüquqi sənəd deyil, xalqın suveren iradəsinin real həyatda həyata keçirilməsini təmin edən əsas vasitə olmalıdır.
Paşinyan vurğulayıb ki, yeni Konstitusiyanın qəbulu məsələsi hökumətin gündəliyində qalır və bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulur.
15:46 05.07.2026
Oxunuş sayı: 67