Aleksandr Plyuşenko Azərbaycan adına debütə hazırlaşır
Rusiyalı fiqurlu konkisürən Yevgeni Plyuşenkonun oğlu Aleksandr Plyuşenko beynəlxalq yarışlarda Azərbaycanı təmsil etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə Yevgeni Plyuşenko açıqlama verib.
Onun sözlərinə görə, Aleksandr beynəlxalq Qran-pri seriyasının iki mərhələsinə dəvət alıb.
“Aleksandr beynəlxalq Qran-pri seriyasının Ankara və Batumidə keçiriləcək iki mərhələsinə qatılacaq. Hazırda həmin yarışlara hazırlaşırıq”, – deyə Yevgeni Plyuşenko bildirib.
10:49 04.07.2026
Oxunuş sayı: 58